Video
Video

“Hesabımı niyə vermirsiniz?” - Nadir narazıdır

“Hesabımı niyə vermirsiniz?” - Nadir narazıdır

Sosial şəbəkədə Avroviziya təmsilçimiz Nadir Rüstəmlinin videosu yayılıb.

OLAY yazır ki, görüntülərdə ifaçının nümayəndə heyətimizlə mübahisəsi yer alıb. Müğənni builki Belçika təmsilçisi Ceremini misal gətirərək sual ünvanlayıb.

“İnstaqram Cereminin özündədir. Mənim instaqram hesabımı niyə vermirsiz? Mənim çıxışıma pis təsir edər?”, - deyə, Nadir bildirib.

Nümayəndə heyətinin üzvləri isə ona belə cavab verib:

“Ceremi azərbaycanlı deyil. İndi bax bunun söhbətini etmək lazımdır? Burada bizdən başqa camaat var. Biz bütün azərbaycanlı iştirakçıların instaqram hesabını idarə edirik”.

Müğənninin onlara “Nəyə görə” sualı isə cavabsız qalıb, video söhbətin yarısında kəsilib.

Sözügedən video Avroviziya fanatlarını qəzəbləndirib. Onlar nümayəndə heyətini düzgün strategiya seçməməkdə günahlandırıb. Nadirin azadlığının məhdudlaşdırıldığı bildirilib.