“Vafa Dermatology & Aesthetic Clinic”in baş həkimi Vəfa Cəlilova daha bir xanımı həm gözəlliyinə, həm də sağlamlığına qovuşdurub.
OLAY yazır ki, tanınmış həkim pasientin sağ qalifə nahiyəsinə icra edilən aquafillinqin fəsadına son qoyub. Belə ki, müayinə zamanı xanımın sağ qalifəsində sərhədlənmiş qatı-qarışıq maye möhtəviyyəti ilə qalın-ödəmli kapsulalı yığıntı müşahidə olunub.
Eyni zamanda, həmin nahiyədə, dəri altında çoxsaylı şəffaf, az qatılaşmış möhtəviyyətli yığıntılar (gel) və sağ qasıq nahiyəsində reaktiv böyümüş limfa düyünlər aşkarlanıb və dərhal müdaxilə olunub.
Vəfa Cəlilova icra etdiyi doğru tibbi prosedurla xanımı aquafillinqin yaratdığı fəsaddan xilas edib.
O bildirib ki, bədənə vurulan bütün təbii gellərin əsas tərkib hissəsi sintetikdir və qəti şəkildə bu gellərdən istifadə məsləhət deyil.