Video
Video

Ukraynalı qız müharibədə fenomen oldu

Ukraynalı qız müharibədə fenomen oldu

Ukraynadakı müharibə ilə əlaqəli sığınacaqda məskunlaşan gənc çəkdiyi videolarla TikTok-da fenomen olub.

OLAY yazır ki, “Valerisssh” adı ilə populyarlaşan ukraynalı qız qısa müddətdə 300 mindən çox izləyici toplayıb.

Çerniqov şəhərində qalan fenomen sığınacaqda yaşadıqlarını paylaşır. O, bu çətin günləri yumoristik şəkildə təqdim edir. Bəzi videolarında oranı “beşulduzlu” otelə bənzədir, bəzən isə əvvəlki həyatı ilə indikini müqayisə edir.

Ukraynalı gənc “Sosial şəbəkələr bizim bildiyimizdən müharibələri fərqli edib. Təsəvvür edin ki, bir gün tələbələr tarix dərsində bu görüntülərə baxacaqlar”,- deyə bildirib.

O, həmçinin, paylaşımlarına ingilis dilində şərhlər əlavə edib. Bundan başqa, qız bir neçə dəfə müxtəlif verilişlərdə qonaq olub. Onun özü fotoqrafdır.