Video
Video

Kirkorov bu yolla 30 kiloqram arıqlayıb

Kirkorov bu yolla 30 kiloqram arıqlayıb

Rusiyanın Xalq artisti Filipp Kirkorov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, 57 yaşlı sənətçi bildirib ki, idmanla məşğul olaraq və sağlıqlı qidalanaraq 30 kiloqram çəki ataraq arıqlayıb.

“Səhər saat 07:00-da yuxudan oyanıram. 07:00-dan 10:00-a kimi yürüyüş aparatında yeriyirəm. “Kardio” hərəkətləri edirəm. Mən dəmir alətlərində məşq etmirəm. Düzgün və sağlıqlı şəkildə qidalanıram. Protein və dəmir qəbul edirəm. Şirniyyat məhsullarını  qida rasionumdan çıxartmışam. Amma “kola”nı çıxarda bilməmişəm. Hələ də onu içirəm. Bu yolla mən 30 kiloqram çəki itirmişəm. 116 kiloqram çəkidə idim. İndi isə 86 kiloqram çəkim var”, - deyə Kirkorov vurğulayıb.

Qeyd edək ki, Filipp Kirkorov ötən ilin əvvəlində plastik və estetik əməliyyatlar keçirib. Rus pop kralı bədənşəkilləndirmə, üzgərmə, popoplastika eyni zamanda qarnına xüsusi implatlarla “press” düzəltdirib.