“Qərara gəlmişəm ki, kim mənim şərəf və layəqətimə toxunsa onlar mənə məhkəmədə cavab verməli olacaq. Ona görə də iş məhkəmədədir. Artıq cinayyət işi açılıb. Təqsirləndirən şəxs qeydə alınıb. Bu haqda danışmıram. Vəkillər danışırlar”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “YouTube” yayımlanan “Künc – Bucaq” verilişində deyib.
Sənətçi qalmaqal yaşadığı həmkarı Roza Zərgərli ilə məhkəmə işindən söz açıb. Qarşı tərəfin adını dilinə almaqdan boyun qaçıran Seyidcahan məsələ ilə bağlı bu fikirləri səsləndirib:
“Mənim qarşı tərəflə heç bir ünsiyyətim ola bilməz. Əgər ünsiyyət olmuşsa da o da mənim sadəliyimdən olub. Fikirləşirəm ki, nə olsun ki, mən Elzayam amma “ağac bar verdikcə başını aşağa əyər”. Mən sadə olmalıyam. Mən saflığımdan sadəlövə çevrilmişəm”.
Jurnalistin “Siz qarşı tərəfi demisiniz ki, mənim əlimi öpsün?” sualına Elza belə reaksiya verib:
“Mənim əlim hər murdar dodaq üçün deyil. Bu əlim hər adama uzanmaz. Əllərim öpülməlidir. Mənim əllərim elə-belə əllər deyil. Bu əllər hər dodaq üçün deyil. Kim bu əli opərsə şəfa tapar”.
Qeyd edək ki, müğənni Roza Zərgərli blogerlərə müsahibəsində Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb. O, “Sözün düzü”ndə bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:“Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir”.