Dünya şöhrətli dizayner və “Afffair” brendinin təsisçisi Rüfət İsmayıl daha bir məşhur ulduzla iş birliyinə imza atıb.
OLAY yazır ki, bu haqda modelyer instaqram səhifəsində məlumat yayıb.
İsmayıl həmin məşhurun türkiyənin pop ulduzu Hande Yener olduğunu bildirib.
Məkanların birində çıxış edən sənətçinin qısa, üzəri gür peruşlarla bəzədilən alt hissəsi isə “oversize” ətəkdən ibarət açıq çəhrayı libas məhs “Afffair” markasına məxsusdur.