Ötən gün türkiyəli müğənni Mahsun Kırmızıgülün anası Faika Arık 99 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, bir neçə saat əvvəl mərhumla vida mərasimi keçirilib.
Sənətçi valideynini kədər içində son mənzilə yola salarkən kameralara tuş gəlib.
Vida mərasimində izdiham yaşanıb.
Qeyd edək ki, M. Kırmızıgülün anası F. Arık uzun müddət altsheymer xəstəliyindən əziyyət çəkib.