Fotosessiya
Fotosessiya

Mübariz Mənsimov Mahsun Kırmızıgülə başsağlığı verdi

Mübariz Mənsimov Mahsun Kırmızıgülə başsağlığı verdi

Ötən gün türkiyəli müğənni Mahsun Kırmızıgülün anası Faika Arık 99 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, qardaş ölkədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov ağır itki ilə bağlı sənətçiyə başsağlığı verib.

Mənsimov instaqram səhifəsində Kırmızıgülün valideyninin fotosunu yayımlayaraq kədər hissini bu sözlərlə ifadə edib:

Mahsun, əziz qardaşım, çox ağır və kədərli bir gün yaşayırsan. Ananın itkisi hər kəsin ürəyində dərin bir boşluq yaradan, sözlərlə ifadə olunması dözülməz bir ağrıdır. Bilirəm ki, bu itkinin acısını daşımaq çətindir. Allahdan sənə səbr və güc diləyirəm. Ananın xatirələri hər zaman ürəyində yaşayacaq. Bu çətin zamanda yalnız olmadığını unutma. Güclü qal, qardaşım. Sənin kədərini paylaşan bir dostun həmişə səninlədir”.