Bloger Xatirə Yüzbəyova həyat yoldaşı, aktyor və ssenarist Taleh Yüzbəyovla bağlı diqqət çəkən paylaşı edib.
OLAY yazır ki, inluenser əri ilə xarici ölkələrə səyahətləri zamanı çəkdiyi görüntüləri instaqram səhifəsində yayımlayaraq onu doğum günü münasibəti ilə təbrik edib.
“Nə çox şeyi paylaşmışıq ,sevgilim. Dönüb geriyə baxanda nə qədər kədərli, nə qədər xoşbəxt, nə qədər gözəl hissləri birlikdə yaşamışıq görürəm. İnsanın sevgisi bir qram belə azalmaz mı? Azalmırmış, sevgilim. Səni çox sevirəm. Allah bizə daha gözəl anları birlikdə sevgi və hörmət ilə yaşamağı qismət etsin. Doğum günün mübarək, həyatımın yoldaşı”, - deyə Xatirə sözügedən paylaşımına şərh yazıb.
Qeyd edək ki, Taleh və Xatirə cütlüyünün iki oğlan övladı var.