Müğənni Mənzurə Musayeva 4 ay əvvəl keçirdiyi plastik əməliyyatından söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.
Musayeva üzgərmə əməliyyatından narazı qaldığını ifadə edib:
“Mən keçirdiyim plastik əməliyyatdan sonra üzümdə bir dəyişiklik hiss eləmirəm. Üzüm hər zaman gəşəng olub. Yalandan üzümə botoks etdirirdim. Üzüm gözəl idi. Sadəcə yüngülvari dedim, oyan-buyan... Nəisə... Əməliyyatdan sonra istədiyim o effekti görmədim. Məni əməliyyat edən həkim söyləyir ki, üzün hələ də şişdir. Amma mənə elə gəlir ki, şiş yoxdur. Əməliyyatımdan 4 ay vaxt keçib. O deyir ki, 2 aydan sonra yanıma gələrsən. Narazılığın varsa onda bildirərsən. Düşünürdüm ki, üzüm daha da dartılacaq. Üzgərməyə nə deyirlər? Əgər üzüm əvvəlki kimi qalacaqdırsa, əməliyyat niyə etdirirdim ki? (gülür) 7 saat mən narkozda olmuşam. Adamdan soruşarlar ki, sən 7 saat nə edirdin?”