Türkiyənin super starı Ajda Pekkan açıqlaması ilə gündəmə gəlib.
OLAY yazır ki, həmkarı Mazhar Alansonun “YouTube”da yayımlanan “Mazhar Alanson ilə misafir” layihəsinin qonağı olan sənətçi özünün köləsi olduğu bildirib.
Əvvəllər hər şeydən çəkindiyini deyən Pekkan indi özündən ləzzət aldığını vurğulayıb:
“Mənim çox yorucu həyatım var. Özümün köləsi oldum. Ajda Pekkanın köləsi oldum. Onsuz da Ajda Pekkan mənim üçün əyləndiyim bir hobbidir. Artıq ləzzət aldığım hər şeyi edirəm. Əvvəllər çəkinirdim, daha sadəlövh idim, hiss edə bilmək duyğum olsa da, bundan istifadə edə bilmirdim. Sonra şükürlər olsun ki, bunlar ortaya çıxdı. İndi Ajda Pekkan mənə çox həzz verir”.