Rok ifaçısı Mərdan Kazımov həyat yoldaşı, influenser Nəzrin Nəcəfova ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, bloger xanımının 30 yaşı olması münasibəti ilə müğənni Parisdə Eyfel gülləsi önündə bərabər çəkilən videolarını instaqram səhifəsində yayımlayıb.
Kazımov sözügedən görüntülərə “Doğum günün mübarək sevgilim. Hər zaman xoşbəxt ol, hərşey könlüncə olsun, çünki qəlbinin gözəlliyi ilə dünyadakı hərşeyin ən gözəlinə layiqsən. Sən həm çox yaxşı həyat yoldaşı, həm də çox yaxşı dost, sirdaşsan. Səni çox sevirəm! Yaxşı ki, varımsan!” sözlərini yazıb.