Əməkdar artist Nüşabə Ələsgərli bayağı musiqilərə sponsorluq edənləri tənqid edib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.
N.Ələsgərli bildirib ki, musiqi aləmində bu cür neqativ halların aradan qaldırılması üçün televiziyaların nəzdində sponsorların köməyi ilə xüsusi orkestr yaradılmalıdır:
“Türkiyənin televiziya kanallarına baxırıb görürük ki, orada müğənnini 50 nəfərdən ibarət orkestr müşayiət edir. Bizdə isə cəmi 4 nəfər insan oturur. Olmaz ki, onlarda olan kimi bizdə də 50 nəfər musiqiçi otursun və bizdə böyük ləzzətlə ifa edək? Bu sözlərimlə verilişdə əyləşən musiqiçilərimizi aşağılamaq istəmirəm. Söhbət sistemdən gedir. İstəyirəm ki, skripkaçılar, nəfəs, simli və zərb alətlərinin ifaçıları əyləşib musiqilər çalsınlar biz də, tamaşaçılar da onları dinləyərək zövq alaq. Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?”