Əməkdar artist bir neçə gün əvvəl keçirdiyi doğum günündən söz açıb.
OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Proqramın aparıcısı Zaur Kamalın “Bilmirəm niyə amma məşhurlar içi mən qarışıq öz yaşlarını gizlədirlər. Bilirəm ki, sizin 50 yaşınız tamam oldu” sözlərinə Rəşad belə cavab verib:
“Mən ad günü keçirməyi sevmirəm. Uşaqlarım olandan sonra yaşımla bağlı kompleks yaşayıram. Amma bu yubiley idi. Yaxınlarım, dostlarım və tanışlarım dedilər ki, sənin ad gününə gəlmək istəyirik. Hətta bir neçə insanlar dedilər ki, çağırsan da çağırmasan da, gələcəyik. Məcbur oldum kiçik ad günü məclisi keçirdim. Qonaqların sayı 160 nəfər oldu. Çox yaxşı keçdi, səmimi ortam idi. Musiqiçi dostlarım da iştirak etdi. Onlar çox məclislərdə olurlar, ona görə onların qane etmək heç də asan məsələ deyil. Məclisdən razı getdilər. Xanımım məni çoxlu sürprizlər hazırlamışdı. Sən Zaur mənə ad günümdən sual ver, neçə yaşım olduğunu soruşma”.
Qeyd edək ki, R.İlyasov həkim-pediatr Gülnarə adlı xanımla ailəlidir. Cütlüyün Mirzə adlı bir oğlu da var.