“Gənclərə öz aləmlərində olmalarını arzulayıram. Öz aləminizi heç kimə hədiyyə verməyin. Bu həyatı özünüz üçün yaşayın. Yeyin, için, gəzin... Qızlar heç bir oğlana, varlığa ömrünüzdən, gününüzdən, saatınızdan, anınızda pay verməyin”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi gənclərin tez ailə qurmaları məsələsinə özünəməxsus şəkildə etiraz edib:
“Ailə qurmağa tələsməyin. Qızlar zamanı gələndə ərə gedərsiniz. Özünüzə, ürəyinizə əziyyət verməyin. Mən gəncləri görürəm və onlara hər zaman məsləhət verirəm. Deyirəm ki, ay qız o oğlan qələt edir sənin arxanca düşür. Qələt edir, boş verin onu siz. Olmaz! Vaxt, zaman gələndə ailə qurarsınız. Gənc qız ağlayıb, özünü öldürür ki, oğlan onu almadı. Oğlan da digər tərəfdən özünü öldürür ki, qız mənimlə neçə vaxt danışır, görüşür amma mənə ərə gəlmədi. Cəhənnəm olsun o oğlan da, qız da... Niyə özünüzü bu kimi məsələlərə görə öldürürsünüz və həyatınızı cürüdürsünüz. Qurana and olsun ki, mən həyatını çürüdən gəncləri görürəm. Mənim onlara yazığım gəlir. Deyirəm ki, bunlar nə zaman ayılacaqlar ki, hər şey boşdur. “Leyli və Məcnun” kimi ailə quran cütlükləri görmüşəm. Bir-birinin dərdindən az qalsın ölsünlər. Amma bir ay keçir aralarında qiyamət qopur. Bəs hər ikiniz ailə qurmaqdan ötrü valideynlərinizə əziyyət verirdiniz? Atanız sizə evdən çıxanda 3 manat pul verirsə gedin ona “pirojki” alın, yeyin, kef edir. Bilirsiniz o rahat başla “pirojki” yemek necə gözəl hissdir”.