Video
Video

Övladları ataları Diddisiz onun doğum gününü belə qeyd etdilər

Övladları ataları Diddisiz onun doğum gününü belə qeyd etdilər

Bu gün hazırda həbsdə olan və altı cinayətdə ittiham olunan dünya şıhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) ailə üzvləri onu doğum günü münasibəti ilə təbrik ediblər. 

OLAY yazır ki, repçinin hərəsi bir qadından olan 6 övladı bir araya gələrək masa ətrafında onun ad gününü qeyd ediblər.

55 illik yubileyi şərəfinə ataları üçün Diddinin varisləri tort kəsib, şamlar üfürüblər.

Övladları ataları ilə telefonla əlaqə yaradıblar. Ən kiçik qızı valideyni üçün doğum günü mahnısını oxuyub.

Pi isə bu təbrikə “Hamınızı sevirəm, sizi çox sevirəm. Hamınızı görmək üçün səbirsizlənirəm. Sadəcə demək istəyirəm ki, hamınızla, xüsusən də qızlarla fəxr edirəm. Demək istəyirəm ki, hamınız çox güclüsünüz. Güclü olduğunuz üçün hamınıza təşəkkür edirəm və mənim yanımda olduğunuz və məni dəstəklədiyiniz üçün hamınıza təşəkkür edirəm” sözlərini dilə gətirib. 

Telefon söhbətinin sonunda Diddi bir neçə gündən sonra uşaqlarla görüşəcəyini bildirib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında repçinin keçmiş sevgilisi Kessi P.Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra onun döyülməsinin amansız görüntüləri internetdə yayılıb və iş qorxulu miqyas alıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox şüşə qabda cinsi əlaqə zamanı istifadə olunan maye materialı aşkar edilib. İddialara görə, musiqi prodüseri seks məclislərində də istifadə edib. İndi o, girovsuz Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır.