Aktyor Sənan Elləz Rusiyada lentə alınan “Didərgin” (Изгой. Константинополь) serialında yer alıb.
OLAY yazır ki, bu haqda Sənan instaqram səhifəsində məlumat verib.
Elləz bildirib ki, sözügedən 10 bölümlük ekran işində Osmanlı zabiti “Nüsrət” obrazını canlandırıb:
“Sankt-Peterburq, Sestroretsk, Vıborq, Moskva və doğma Bakıda çəkildiyim Rusiya istehsalı tarixi-detektiv janrında olan “Didərgin” (Изгои-Константинополь) serialını sağ-salamat sonlandırdım. Osmanlı zabiti Nüsrət maraqlı və bir o qədər də ziddiyətli obraz oldu mənim üçün. Güle-güle Osmanlı bey efendisi. Allah əgər mənə 1% istedad veribsə, 99% əzm və mübarizlik verib. Noyabr və dekabrda xəlvətə çəkiləcəm, özümə qayıdıb, özümə gəlməliyəm. Gələn il davam edərik”.
Qeyd edək ki, “Didərgin” (Изгой. Константинополь) serialında aktyor Kamran Ağabalıyev “Altan” rolunu ifa edib.