“7 ay öncə Moskvada başlayıb, Sankt Peterburq, Vıborq Kronştadt, Sestroresk, Lomonosov və Bakı kimi şəhərlərdə çəkilən “Didərgin” (Изгой. Константинополь) 10 seriyalı serialı bu gün bitirdik. Canlandırdığım “Altan” maraqlı və fərqli xarakter idi”.
OLAY yazır ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Rol aldığı “Didərgin. Konstantinopol” adlı serialın çəkilişlərinin bitdiyini söyləyən sənətçi bildirib ki, tezliklə Tunis, Hindistan və Mərakeşdə lentə alınacaq “Allah olmaq çətindir” ekran işində fərqli bir qəhramanı canlandıracaq:
“Actors Agency of Azerbaijan” təsisçisi Sabuhi Mammadova xüsusi təşəkkürümü bildirirəm, artıq 13 ildir ölkə xarici layihələrdə həm ölkəmizi həm aktyorlarımızın tanınmağında çox böyük işlər görüb,ən azından mənim üçün zəhməti danılmazdır. Sağ ol Rusiya, Sağ ol “Didərgin”. Salam Struqatski qardaşları “Allah olmaq çətindir” (Трудно быть Богом). Salam Tunis, Hindistan, Mərakeş. Amma cüzi dincəlmək lazımdır. Səbəb salın, Allah ruzi verənlərin ən gözəlidir”.