Video
Video

Britni Spirs özü ilə evləndi!

Britni Spirs özü ilə evləndi!

Dünya pop səhnəsinin ulduzu Britni Spirs Sem Askeridən boşandıqdan bir il sonra gözlənilməz addım atıb.

OLAY yazır ki, sənətçi özü ilə evlənib. Britni təəccüb yaradan hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Pop ulduz gəlinlik libasında və başında fata ilə çəkdirdiyi videosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Özümlə evləndiyim gün... Bilirəm ki, bu qəribə görünə bilər, amma bu, mənim indiyə qədər etdiyim ən parlaq işdir”.

Təsadüf olub-olmamasından asılı olmayaraq, mərasim pop-divanın Sem Askeri ilə rəsmi boşanmasından düz bir il sonra baş tutub.