“8 aya yaxındır ki, efirdə yoxam”.
OLAY yazır ki, bu sözləri müğənni Damla qonaq olduğu “Günə bax” verilişində deyib.
Sənətçi efirlərə tək çıxmasının səbəbindən danışıb:
“Səhnəyə yenicə qədəmlərimi qoyanda verilişlərə dəvət alırdım. Mənə deyirdilər ki, sizinlə bərabər verilişdə filan müğənnilərdə olacaq. Verilişə gedəndə filan müğənni deyirdi ki, Damla ilə efirə çıxmıram, digər ifaçı da söyləyir ki, Damla olan yerdə mən yoxam. Onlar verilişdən gedirdilər mən də efirdə tək qalırdım. Məcburiyyətdən aparıcılar tək mənimlə verilişi idarə edirdilər. Sonra növbəti həftə məni başqa kanal öz efirinə dəvət edirdi. İnsanlar arasında belə bir söhbət yayılmışdır ki, Damla yekaxandır, efirlərə tək çıxır. Məndə həmkarlarımı pis etməmək üçün deyirdim ki, bir neçə müğənni də qonaq idi. Onlar mənimlə birgə efiri paylaşmaq istəmədikləri üçün getdilər məndə tək qaldım. Sonradan dedim ki, mən istəmədiyim yerdə onlarla eyni verilişdə görünməyə özümü niyə məcbur hiss etməliyəm ki... Əgər siz mənimlə efiri paylaşmaq istəmirsinizsə nə məcburdur ki, sizinlə birgə oturum. İllərlə mən həmkarlarım tərəfində təklənmişəm. Bu hələ də davam etməkdədir. Bundan sonra qərar verdim ki, efirə tək çıxım. Hətta haqqımda elə bir təqdimat aparılıb ki, artıq bu beyinlərdə “yuyulub”. Elə söhbətlər var ki, sanki ölkədə 2-3 müğənni var, yalnız onlar oxuya bilir, yalnız onlar yeniliklərə açıqdır. Amma tamaşaçıya hansı yeməyi göstərirlərsə onu da yeyir. Öz fikri yoxdur ki, mən bu yeməyi sevmirəm və bunu mənə niyə yedizdirirsiniz. Bu efirə baxmaq istəmirəm niyə məcbur edirsiniz ki, baxım. Sanki insanların azad düşüncəsi aradan qalxıb”.