Video
Video

Rüstəmin rol aldığı daha bir rus serialı

Rüstəmin rol aldığı daha bir rus serialı

Model və aktyor Rüstəm Cəbrayılov rol aldığı rus serialından tizer paylaşılıb. 

OLAY yazır ki, Rüstəm baş rolda çəkildiyi “Mənim sevimli Rajam” adlı ekran işinin fraqmentini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Cəbrayılov bildirib ki, sözügedən serial oktyabrın 18-i saat 19:00-dan etibarən “Domaşni” telekanalında yayımlanacaq. 

Qeyd edək ki, Rüstəm Cəbrayılov daha əvvəl sözügedən kanalda yayımlanan “Ərik acısı” serialında baş rolların birini canlandırıb.