Əməkdar artist Gülüstan Əliyeva efirdə göz yaşlarına boğulub.
OLAY yazır ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində 1994-cü ildə Suqovuşanda şəhid olan qardaşı Azaddan söz açıb.
Qardaşı ilə bağlı xatirələrini dilə gətirən G.Əliyeva ağlayıb:
“İndi qürur və milli qeyrət hissimiz var. Suqovuşanda mənim qardaşım da şəhid olub. Çox sevinirəm ki, bu şəhidlər qalib ölkənin şəhidləri oldular. Birinci Qarabağ müharibəsində 30 mindən çox bizim igidimiz şəhid oldu, amma qalib ola bilmədik. Amma bu torpaqları bizə qaytararaq şəhid olanlar qalib ölkənin şəhididirlər”.
Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğlan övladı var.