Video
Video

“Aparıcılar verilişlərdə danışmağa söz tapmırlar”

“Aparıcılar verilişlərdə danışmağa söz tapmırlar”

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində həmkarlarının təkrarçı olduqlarını bildirib.

OLAY yazır ki, Mətanət proqramında qonaq olan Əməkdar artist Gövhər Rzayevaya davamlı şəxsi həyatı barədə sual verilməsini düzgün hesab etmədiyini deyib.

Əliverdiyeva “Saytlar sizin verilişlərdə danışdıqlarınızı götürüb, şəklinizi qoyur və sizin fikirlərinizi yazır. Bilmirəm niyə görə aparıcılar sizə eyni sualları verir, məni çıxmaq şərti ilə... Həyatınızla bağlı sizə suallar verirlər. Halbuki siz bu haqda dəfələrlə danışmısınız. Ərinizlə bağlı da açıqlamalar vermisiniz. Amma olmaz belə... Bu xanım da o qədər yeniliklər var ki... Bu xanım başdan-ayağa yenilikdir” sözlərini söyləyib.

Aparıcının bu fikirlərinə G.Rzayeva belə cavab verib:

“Onlar danışmağa söz tapmırlar. Mənə aparıcılar verilişdə sual verirlər. Mən də onlara cavab verirəm. Onlara dəfələrlə deyirəm ki, bu haqda başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Özüm də bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qutaranda, yarım-yarım deyir. O aparıcılar da elədir”.