Bir müddət əvvəl saqqalını tamamilə qırxıb yeni imici ilə görənləri təəccübləndirən “Avroviziya” təmsilçilərimizdən olan müğənni Nadir Rüstəmli köhnə tərzinə geri dönüb.
OLAY yazır ki, bununla bağlı Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz instaqram səhifəsində zarafatyana paylaşım edib.
İfaçının indiki halına kameraya çəkən İbrahim “Məşhur müğənni Nadir Rüstəmlinin üzünə tük çıxdı. Artıq onu tanıya bilərsiniz. Bundan sonra biz bir yerdə blogerliyə başlayırıq. Tez – tez bizim videolarımızı görə biləcəksiniz” gülərək, sözlərini dilə gətirib.
Aktyorun bu sözlərinə Nadir “Bu indi İbrahimin ağlına gəldi. “Bomba” fikirdir, zarafatsız” cavabını verib.