Xalq artisti Mələykə Əsədova efirdə əsəbiləşib.
OLAY yazır ki, buna səbəb sənətçinin qonaq olduğu “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun şou-biznes aləmində şaiyələrlə bağlı ünvanladığı sual olub.
Əsədova aparıcının sözünü yarıda kəsərək, etirazını bu fikirlərlə bildirib:
“İndiyə kimi heç görmüsünüz ki, kiməsə cavab verim. Mən öz sənətimlə məşğul oluram. O qədər işim var ki… Düşünürəm ki, dedi-qodular edən, söz-söhbətlər yaradanlar işi olmayan və popular olmaq istəyən insanlardı. Sənəti olan insanın vaxtı var ki, nəyəsə baxıb, müzakirə etsin. Mən o kəsləri görmürəm və mənim belə şeylərə vaxtım yoxdur. Eşitmirəm”.