“Aygün Bəylər əvəzsiz sənətkar idi. Bu həm dostluğunda, həm sənətində, həm də insanlığında… Çox gözəl insan idi. Böyük bir itki oldu. Aygünün bildiyini sinəsinə döyüb “mənəm-mənəm” deyən musiqiçilər bilməzdi. Onun bildiyini hətta musiqi cəhətdən professor adını belə qazananlar bilmirdi. Aygün Bəylər azərbaycan musiqisinin arxivi idi. Böyük sənətkar getdi amma daim yaşayacaq”.
OLAY yazır ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “Günə bax” verilişində deyib.
Mərhum həmkarı, Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi onunla bağlı xatirələrini dilə gətirib:
“Aygün Bəylərlə çox yaxın idik. O mənim yaxın dostum idi. Aygün gedişi ilə bizi də öldürdü. Günlərlə özümə gələ bilmirdim. Onun gedişi o qədər mənə pis təsir etmişdir ki, günlərin bir günü hiss elədim ki, nəfəsim kəsilir. Fikrimi yayındırmaq üçün öz övladımla oynadım. Amma Aygünün ölümü mənə çox pis təsir etdi. O sağlığında rəhmətini qazanan bir xanım idi. Hamımız o dünyaya gedəndə iki şey aparırıq – lənət və rəhmət. Çalışdığımız qədər lənət deyil rəhmət aparaq. Düzdü, bir çox insanlar rəhməti düşünmürlər. Onlar elə düşünürlər ki, nə varsa elə budur. Amma ən əsas bildiyimiz bura yox elə o dünyadır”.
Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında uzun sürən xərçəng xəstəliyindən Ankarada vəfat edib.