“Efirlər dörd Xalq artistini bir verilişə yığır amma bir bayağı mahnılar oxuyana xüsusi veriliş həsr edir. Məsələ burasındadır ki, efirlər bayağı müğənnilər brendləşdirir”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov qonaq olduğu “Rəngarəng” verilişində deyib.
Bayağı müğənniləri reklam edən efirlərdən şikayətlənən sənətçi fikirlərini belə davam edib:
“Sənətkarı efirə çağırıb ona veriliş həsr edib, verilişdə sənətindən danışmalıdırlar”.
Xanəndənin bu sözlərinə qarşılıq olaraq sözügedən proqramın aparıcısı Zaur Nəbioğlunun arqumenti belə olub:
“Sizi verilişimizə çağırmaq istəyirik amma Təyyar müəllim sizi tapa bilmirik. Sizə nə zaman zəng ediriksə deyirsiniz ki, dərsdəyəm, dövlət tədbirlərindəyəm və ya Qarabağdayam”.
Aparıcının bu ifadələrindən sonra Bayramov “Söhbət səndən getmir. Sən vurğulayırsan ki, verilişimizə tələbələrinizlə gəlin. Bizə və bizim tələbələrimizə veriliş həsr edirsiniz. Söhbət ümumi efirlərdən gedir. Hər kəs öz malını satır. Jurnalistdə malını satmalıdır ki, verilişini baxımlı etməsi üçün. Hər kəsdə bilir kimə nə sual verməlidir. O şeyləri sən bilirsən” deyərək məsələni yumuşaltmağa çalışıb.