Əməkdar artist Elnarə Abdullayeva aylar əvvəl oğlu Məhəmmədi hərbi xidmətə yola salıb.
OLAY yazır ki, bu haqda 51 yaşlı sənətçi qonaq olduğu “7 tamam” verilişində məlumat verib.
“Oğlum Məhəmməd mənə sual verdiki, “heç məndən narahat deyilsiniz? Heç demədin ki, oğlum əsgərlikdə necədir? ” Cavab verdim ki, “Niyə narahat oluram ki... Şükür Allaha daha əvvəl mən ananın yanında idin, indi isə ana Vətənin qucağındasan. Mən narahat deyiləm. Zəng edib soruşmağa da dəyməz çünki bilirəm ki, rahat yatırsan”.
Proqramın gedişatında Məhəmmədin anası E. Abdullayevaya yazdığı məktub səslənib. Oğlunun məktubda sözlərini eşidən Əməkdar artist kövrələrək, göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Elnarə Abdullayevanın oğlu Məhəmməddən savayı Xədicə adlı bir qızı da var. Qızının iyunun 17-də toyu olub.