İnsan alveri ittihamı ilə bir neçə gün əvvəl həbs edilən repçi Pi Diddi (əsl adı Şon Kombs) 2002-ci ildə verdiyi qalmaqallı müsahibəsi gündəmə səs salıb.
OLAY yazır ki, sənətçi Konan O`Brayenlə Gecə Şousunda qonaq olarkən bildirib ki, partilərdə iştirak edən qadınlara əzab verərək, onları otaqlara qapadıb.
Videomüsahibən aydın olduğu kimi, musiqiçi cinayətlərini gizlətmək haqda düşünməyib, əksinə bütün çılpaqlığı ilə yaşadıqlarını üzə çıxarıb.
“Sizə müxtəlif spirtli içkilər və həmçinin suya ehtiyacınız var - bilmirəm, uşaqlar bunu görüblərmi, amma bir çox qadınlar şənliklərdə su içirlər. Əgər onların ehtiyacı yoxdursa, gedəcəklər və onları orada saxlamaq lazımdır. Qapılarda qıfıllar lazımdır”, - deyə repçi bildirib.
Bu cür açıqlamalar onu güldürmək qərarına gələn Konanı açıq şəkildə təəccübləndirib:
“Yaxşı, indi bu, bir növ təhlükəli səslənir“.
Lakin Pi söhbəti dəyişməyərək qəribə məsləhətlərini verməyə davam edib:
“Bu, bir az pozğundur. İstəyirsən isti olsun. Kondisionerləri işə salmayın. İstilik spirtə təsir edir, hamı daha rahat olur, bir az tərləmək də gözəldir”.
Aparıcının Diddinin sözlərinə cavabı isə “Bu, sadəcə olaraq, iyrəncdir” olub.
Qeyd edək ki, Pi Diddi, cinsi təcavüz, fahişəliyə çağırış, qeyri-qanuni maddələr və odlu silahların yayılmasında ittiham olunur. Bu yaxınlarda musiqiçinin ABŞ-dakı evlərində axtarış aparılıb.