Türk sənət musiqisinin “imperator”u, müğənni İbrahim Tatlısəsin ifaçı qızı Dilan Çıtak Tatlisəs Bodrum-İstanbul reysi ilə uçarkən təyyarədə stüardessa ilə dava edib.
OLAY yazır ki, sənətçi baş verən hadisə ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb.
Pişiyinə olan müdaxiləyə görə Dilan Çıtak ağlayaraq özünü müdafiə edib:
“Mən narkotik istifadə etməmişəm, spirtli içki qəbul etməmişəm, təyyarəni qaçırmamışam! Mən oğurluq etməmişəm, bu ölkəni aldatmamışam, nalayiq pozalar verib rüsvay olmamışam, mənim pornoqrafiyam tapılmayıb, mən uşaqları incitməmişəm, qadını kişi kimi döyməmişəm, öldürməmişəm... Pişiyimə pis oldum və mən indi diqqət mərkəzindəyəm?”.
Qeyd edək ki, təyyarə eniş edərkən Dilan Çıtak stüardessadan xəbərdarlıq alıb. Buna səbəb miyovlamağa başlayan pişiyi uşaq arabasından çıxararaq qucağına alması olub.