Video
Video

“İstəməzdim, belə bir hadisə yaşansın”

“İstəməzdim, belə bir hadisə yaşansın”

İnfluenser Aynişan Quliyevanın yolda başına iş gəlib. 

OLAY yazır ki, bununla bağlı bloger instaqram səhifəsində videoaçıqlama yayıb.

Quliyeva bildirib ki, tıxacda sükan arxasında olarkən piyada tərəfindən haqsız vəziyyətə düşüb:

“Çox pis tıxac var idi. İrəliləyərək avtomobildə gedirdim. Yolu sürətlə keçirdim. Bir anda maşınlar dayandı və mən yolun ortasında qaldım. Bu anda isə işıqforun qırmızı işığı yandı. Gördüm ki, önümdəki yolda artıq yaşıl işıq yanır və avtomobillər üzərimə doğru gəlir. Anladım ki, yolu kəsəcəyəm və insanlar gedə bilməyəcəklər. Maşını arxa-arxaya verdim. Arxamda isə çox sayda avtomibl vardı. Yandan piyadalar keçirdi. Və onlardan biri – yekə oğlan başını maşınımın içinə salıb dedi ki, mən indi bu yolu haradan keçim? Açığı, o, haqlıdır, çünki daha əvvəl nə baş verdiyindən xəbəri yoxdur. Mən də ona izah etməyə çalışdım ki, bəs, yolun ortasında qalmışdım və arxa-arxa avtomobilimi verdim ki, yol kəsməyim və insanlar keçə bilsinlər. Amma o məni anlamadı və mənə “afərin” deyərək getdi. İnanın 20 dəqiqədir ki, içimdə bir sıxıntı var. O insanın bir sözü, baxışı mənə çox pis təsir etdi. Bu məsələdə həm o, həm də mən haqlı idim. Çünki istəməzdim ki, belə bir hadisə yaşansın. Heç kimin haqqına girən insan deyiləm və kimsə haqqıma girəndə çox narahat oluram. Amma o an nəyisə sübut etməyin bir mənası yox idi”.