Müğənni Simge Sağının başına iş gəlib.
OLAY yazır ki, Gaziantepdə konsert verən sənətçi səhnədə təzyiqə məruz qalıb.
Belə ki, tamaşaçılar arasından əvvəlcə onun üzünə gül atıblar. Simge bu halı normal qarşılayaraq “İnsan bunu diqqətli verər” deyib.
Daha sonra isə bir tamaşaçı müğənniyə telefon tullayıb. Bu zaman qəzəblənən Simge “Mən bura çörək pulumu qazanmağa gəlmişəm. Normal insan bunu edərmi? Ona görə qorxduğum üçün səhnənin ön tərəfinə gəlməyəcəyəm”, - deyə, vurğulayıb.