Bir müddət əvvəl vergidən yayınma ilə bağlı qalmaqalın mərkəzinə düşən dünya şöhrətli pop ulduz Şakira xoşagəlməz hadisə ilə qarşılaşıb.
OLAY yazır ki, sənətçi kişi pərəstişkarlarının onun ultra qısa libasının altından çəkiliş etdiklərinin şahidi olub.
Bunu görən müğənni dərhal səhnəni tərk edib.
Hadisə 47 yaşlı Şakiranın yeni sinqlı Soltera ilə çıxış etdiyi Mayamidə baş verib.
Pop ulduz onlara əl yelləyib və səhnəni tərk edib.
O, VIP zonaya enib və daha təhlükəsiz olan yerdə rəqs etməyə davam edib. Bu hadisənin videosu sosial şəbəkələrə yayılaraq viral olub.
Həmin görüntüləri görən izləyicilər “İnsanlar iyrəncdir”, “Bu, həqiqətən, məyusedici davranışdır, həm səhnədə, həm də kənarda hər kəs üçün təhlükəsiz mühit təmin etmək vacibdir”, “Şakira hətta öz mahnısından həzz alıb rəqs edə bilmir, bu necədir?” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Şakira 2008-2022-ci illərdə “Barselona” klubunda çıxış edən futbolçu Jerar Pikedən iki il əvvəl ayrılıb. Onlar 2011-ci ildən görüşüblər və iki oğlan övladları var: 11 yaşlı Milan və 9 yaşlı Saşa.
Cütlüyün ayrılmasına səbəb futbolçunun xəyanəti olub: o, Şakiradan bir neçə yaş kiçik olan Klara Çia adlı qızla görüşməyə başlayıb.