"Əvvəllər ürəyi yumuşaq, həlim insan idim. Son zamanlar qəddarlaşmışam. Bilirsiniz niyə? Uzaq bir qohumum var idi. Onun ərini həbs etmişdirlər. Hər həftənin sonu gələndə bu qadın mənə zəng vurub yalvarırdı ki, qurban olum, başına dönüm bu siqareti, geyimi və yeməyi ərimə həbsxanaya apar. Mən saf ondan heç soruşmurdum ki, bunları sən özün niyə aparmırsan".
OLAY yazır ki, bu sözləri şair və qiraətçi Nazilə Səfərli instaqram səhifəsində yayımladığı videoaçıqlamada deyib.
Nazilə bildirib ki, uzaq qohumu qayınanasının həbsxanaya gedən qadınlara pis baxdığı üçün ərinin ziyarətinə özü yox onu göndərib:
"El arasında "Vosmoy bazarı" adlanan ərazidə yaşayırdıq. Günlərin bir günü idi... Şou proqramdan çıxırdım "Vosmoyun bazarı"na gəlirdim, oradan əşyaları götürüb avtobusa minirdim, "6-cı kolon"a gedirdim, qeydiyyatdan keçirdim, əşyaları təhvil verib geri qayıdırdım. Bunu təkrar eyni qayda ilə hər həftənin sonu edirdim. Bir gün həmin qadına dedim ki, o sənin öz ərindir, gəl səni özümlə aparım. Mənə cavabında o dedi ki, mən səninlə ora gedə bilmərəm. Səbəbini soruşanda söylədi ki, qayınanam türməyə gedən qadınlara pis baxır. Bundan sonra məndən mərhəmət necə gözləmək olar".