Video
Video

İlahə Fəda ona “qocalmısan” deyənlərə əsəbiləşdi

İlahə Fəda ona “qocalmısan” deyənlərə əsəbiləşdi

Məni yıxıb sürüdülər ki, bu necə qocalıb, nə günə düşüb. 50 yaşım var, oktyabrda 51 yaşım olacaq. Necə olmalıyam? Qırışlar tək məndədir? 50 yaşındakı qadının üzündə qırış olar da”.

OLAY yazır ki, bu sözləri Almaniyaya köçənmüğənni İlahə Fəda sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib. 

Sənətçi üzündəki qırışlara görə onu tənqid edənlərə sərt şəkildə cavab verib: 

“Onlar öyrəşiblər müğənnini dodaqlarını, yanaqlarını şişirtsin, saçında ağ olmasın. Mən elə yalançı olmaq istəmirəm. Sevənlərimi aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm. Səhnəyə çıxanda bir az tuj, dodaq boyası çəkirəm. Sevənlərim məni belə tanısınlar. Özümü belə rahat hiss edirəm. Siz də sevdiyiniz müğənninin təbii halını görmək istəyirsiniz. Beləyəm, düşünmürəm ki, nə vaxtsa alnımdakı qırışları götürüm. Niyə edim? Onları mən qazanmışam”.