Ötən gün Xalq artisti Afaq Bəşirqızının 69 yaşı tamam olub.
OLAY yazır ki, bu münasibətlə bir sıra məşhurlar bir araya gələrək sənətkara ad günü yığıncağı təşkil ediblər.
Aktrisanı özəl günündə həyat yoldaşı Əhməd Təhməzov və nəvələri yalnız qoymayıb. Bir sıra şou-biznes nümayyəndələrinin iştirak etdiyi məclisdə müğənni Xatun Əliyeva da yer alıb.
İfaları və rəqsləri ilə gecəyə rəng qatan müğənni ad günü tədbirindən çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq A.Bəşirqızını təbrik edib.