Xalq artisti və iş adamı Emin Ağalarov Nardaran kəndində böyüdüyü evini göstərib.
OLAY yazır ki, bu haqda sənətçi instaqramda məlumat verib.
““Sea Breeze”in tarixi bu evdən başlayır. 1983-cü ildə valideyinlərim burada birinci evlərini tikmişdi. Sovet vaxtında ikimərtəbəli evlərin tikilməsinə icazə verilmirdi, yalnız mədəniyyət nümayəndələri, məşhurlar tikə bilərdi. O zamanlar isə atam gənc idi. Gördüyünüz bu ilk və birinci evi atam Latviyadan buraya daşıtdıraraq gətirib. Buradakı qayanı yonub ki, evin birinci mərtəbəsi zirzəmi olsun. 1990-ci ildə isə evin həyətyanı ərazisində hovuz tikib. Bu bəlkə də regionda ilk hovuz idi. Burada mənim uşaqlığım keçib. Bu otaqda isə hər zaman nənəm otururdu. O, oradan kimin girib-çıxdığına davamlı nəzarət edirdi. Evin terasında isə uzun masa vardı. Bütün ailəmiz onun ətrafında toplaşırdı”, - deyə, Emin yayımladığı videoda vurğulayıb.
Sözügedən paylaşıma isə Ağalarov “Mən sizə uşaqlıq evimi “Sea Breeze” hekayəsinin başladığı yeri göstərirəm. Mənim üçün bu, sadəcə bir xatirə deyil, əziz olan duyğularla, anlarla dolu bütöv bir dünyadır. Ruhumun bir parçasını sizinlə bölüşürəm” şərhini yazıb.