Video
Video

Adel nişanlandığını təsdiqlədi

Adel nişanlandığını təsdiqlədi

Dünya şöhrətli ulduz Adel nişanlanıb.

OLAY yazır ki, sənətçi 42 yaşlı idman agenti Riç Paul ilə evlənəcəyini təsdiqləyib.

36 yaşlı müğənni Münhendəki konserti zamanı gözlənilməz etiraflar edib. Bir pərəstişkarı zarafatla ulduzdan həyat yoldaşı olmasını xahiş etdikdən sonra Adel belə reaksiya verib:

 “Mən səninlə evlənə bilmərəm, çünki artıq nişanlıyam, amma təklifə görə təşəkkürlər!”

Qeyd edək ki, Adel və Riç Paulun nişanlanması ilə bağlı şayiələr 2022-ci ildən yayılır. Müğənnini nişan üzüyünə çox bənzəyən üzük barmağında bir neçə dəfə görüblər. Bir dəfə sənətçi hətta ictimaiyyətə onun artıq evli olduğunu düşündürdü, amma məlum oldu ki, bu hələ belə deyil.

Xatırladaq ki, Adel və Rich Paul 2021-ci ildə görüşməyə başlayıblar. Onlar ilk dəfə NBA finallarında bir yerdə görüntüləniblər, bundan sonra cütlük bir neçə dəfə ictimaiyyət qarşısına çıxıb və bir anda sosial şəbəkələrdə rəsmi açıqlama verib. Riç Paulun əvvəlki münasibətlərindən üç övladı var, Adelin özünün isə 2021-ci ildə boşandığı keçmiş əri Simon Konecki ilə bir oğlu var.

Rəşad Əliyev