Video
Video

“Arvadın hamilə olanda başqası ilə münasibətdə olmusan”

“Arvadın hamilə olanda başqası ilə münasibətdə olmusan”

ABŞ-nin hazırkı Prezidenti Co Bayden sabiq Prezident Donald Trampı təhqir edib.

OLAY Qafqazinfo-ya istinadən yazır ki, prezidentliyə namizədlərin ötən gün baş tutan debatında Bayden Trampın “sahibsiz pişik” kimi əxlaqi prinsiplərə sahib olduğunu bildirib.

“Mülki cərimələrə əsasən, bir qadını ictimai yerdə “ovladığına”, arvadın hamilə ikən bir porno ulduzla cinsi əlaqədə olduğuna görə neçə milyard dollar ödəməlisən? Siz nə danışırsınız? Sizdə sahibsiz pişiyin əxlaqı var”, - deyə Bayden CNN efirində bu fikirləri səsləndirib.

Tramp isə cavabında “Mən heç bir porno ulduzla cinsi əlaqədə olmamışam” deyə bildirib.