Aparıcı-aktrisa Kəmalə Piriyeva dostları ilə birlikdə Bakı Bulvarında gəzintiyə çıxıb.
OLAY yazır ki, o, gəzintidən maraqlı anları instaqram hesabında izləyiciləriylə bölüşüb.
Piriyeva aktyor İlkin Həsəni və həyat yoldaşı influenser Aysel Həsəninin görüntülərini paylaşaraq bunları deyib:
“Ətim töküldü. Elşən, (red. – aktyor Elşən Orucov) mən səni başa düşdüm. İki gün ərzində nələr çəkmisən. 10 dəqiqəyə ətim töküldü”.