Video
Video

Əməkdar artist oğlu Emilin ölümündən görün nələr danışdı

Əməkdar artist oğlu Emilin ölümündən görün nələr danışdı

"Gecə saat iki idi. Yoldaşım məni yuxudan oyatdı və dedi ki, qorxma, amma Emilin vəziyyəti pisləşir. Gecə 3-də onu gətirdilər, huşu özündə deyildi. Yoldaşını, məni tanımadı. Başına sığal çəkib öpdüm. Dedim ki, atandır, baxdı və yenə tanımadı".

OLAY yazır ki, bu sözləri əməkdar artist Rəhman Rəhmanov "Bizimləsən" proqramına deyib.

"Gecəni orda idik. Səhər 9-da reanimasiyanın qapısında həkim dedi ki, Rəhman müəllim, özünüzü sıxın, oğlunuzun 2 saat vaxtı qalıb. Bu dünyanı tərk edir. Gecdir.  Məni başa saldı ki, böyrəklər fəaliyyətini dayandırıb. Qan baldırında tromb yaradıb, böyrəyin, ürəyin, ağçiyərin, qaraciyərin fəaliyyətini saxlayıb. Ürəyini aparata qoşdular. Elə həkimin dediyi kimi, 2 saat sonra 11-də dünyasını dəyişdi" - deyə əməkdar artist bildirib. 

Rəhman Rəhmanov həmin ərəfədə məzuniyyətdə olduğunu açıqlayıb: "Amma ürəyim Emilin yanında idi. Sabrinadan zəng gözləyirdim. İçimdə hiss edirdim ki, ona nəsə olacaq. Bir ay əvvəl isə Emil mənə demişdi ki, onu qardaşı İlhamın məzarına aparım. Ziyarət zamanı hönkür-hönkür ağladı. Qayıdanda elə qəbrin yanında dedi ki, ölsəm, məni İlhamın yanında basdırın. Bu onun sonuncu vəsiyyəti idi".

Qeyd edək ki, Emin Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib.