Video
Video

Zaur: "Bu yolda qapan, tutan, vuran oldu, amma..."

Zaur: "Bu yolda qapan, tutan, vuran oldu, amma..."

"Tezliklə sizinlə görüşə gəlirəm. Həyəcanlıyam, o qədər də sevincliyəm. Qulluğunuzda dayanmaq başqa zövqdür. Nə yaxşı ki, mənimləsiniz. 22 ildir kədəriniz ağrım, sevinciniz qürurum oldu . Hər zaman empati qurdum ,hiss etdim, dərdinizi dərdim bildim,yorulmadım. Bu yolda qapan, tutan, vuran oldu, amma yıxılmadım. Məni öldürməyənlər məni bərkitdi. Hər zaman bir nəfəs qədər yaxın oldum, bunun üçün çalışmadım,çünki mən belə doğuldum. Bəlkə də uşaqlıq itgilərim məni bu qədər empati qurmağa vadar elədi". 

OLAY yazır ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişinin yeni mövsümü ilə bağlı etdiyi açıqlamada deyib. 

O, video yayımlayaraq görüntülərdə 22 illik tv həyatının tam 12 ilinin qısa özətinin olduğunu vurğulayıb:."Üzüm gözüm qırışdı ,saçım saqqalım ağardı amma ruhum ,düşüncəm,baxışım dəyişmədi. Böyüdüm amma uşaq saflığımı Allah məndən almadı. Qarşıma çıxan bütün maneələri sınaq kimi qəbul etdim. Onların yaxşı tərəfini pay götürdüm. Güldüm ,şükr etdim. Hər addımda Allahı unutmadım. Dünyanın faniliyini, adiliyini, eniş yoxuşunu hiss etdim,dərk etdim, ən əsası qəbul etdim. Mənə heç nə rahat olmadı. Olmayacağına da əminəm (bunun subyektiv səbəblərini zamanı gələndə detallı şəkildə sizə danışacağam) . Heç vaxt rahatlıq görməsəm də narahat etdiyimin də fərqindəyəm  İnşallah tezliklə gəlirik... Dərdlərinizin həllində hər zaman olduğu kimi yenə də varam . Bizimləsiniz!"