Video
Video

Brilliant: "Avtomatla hədəfi necə vurduğumu görəndə üzləri qaraldı"

Brilliant: "Avtomatla hədəfi necə vurduğumu görəndə üzləri qaraldı"

Xalq artisti Brilliant Dadaşova 32 illik xatirəsini danışıb.

OLAY yazır ki, "Gül kimi" şousuna qonaq olan sənətçi illər əvvəl silahdan atəş açdığını dilə gətirib:

“1991-ci il idi. Türkiyədən qonağımız gəlmişdi. Azərbaycan müvəqqəti yaşamaq üçün icazə almağa 8-ci kilometrdəki polis bölməsinə getdik. Polis iadrəsinin qarşısında gördüm ki, iki nəfər mülki geyimdə içki qablarını qoyub "UZİ" markalı avtomat tapançandan atəş açırdılar. Amma vura bilmirdilər. Mən də uşaqlaıqdan “Tir”-lərə çox getmişəm. Xoşum gəlirdi. Onsuzda çöldə gözləyirdik. Onlara yaxınlaşdlm və mən də yoxlamaq istədiyimi dedim. Bildirdilər ki, silahın nişangahı əyridir. Düzülən 5 içki qabının hamısını vurdum. Silahı qaytaranda isə nişangahda problem olmadığını bildirdim. RƏngləri qap-qara olmuşdu”.