Video
Video

Tələbəsi vəfat etdi

Tələbəsi vəfat etdi

Müğənni Elnarə Xəlilovanın tələbəsi vəfat edib.

OLAY yazır ki, bu barədə ifaçı özü məlumat verib. 

E.Xəlilova Kubra Quliyevanın xərçəngdən əziyyət çəkdiyini bildirib:

"Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin. Video apreldə çəkilib. O cür şaqraq səsi olan, "Gülçöhrə"nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı. Taleyi belə yazılıbmış, canı qurtardı, mələk oldu" sözlərini əlavə edib".