Video
Video

Aylıq 30 min avroya ev kirayələdilər

Aylıq 30 min avroya ev kirayələdilər

"Galatasaray"ın 10 milyon avroya transfer etdiyi dünyaca məşhur ulduz Mauro İkardi və həyat yoldaşı Vanda Naranın yeni evinin fotoları gündəm olub.

OLAY yazır ki, sosial medianı silkələyən İkardinin evinin aylıq kirayəsi heyrət doğurub.

Aylıq 30 min avro kirayə haqqı olduğu bildirilən hovuzlu villanın bütün xərclərini klub ödəyəcək. 

Təbiət konseptli villanın özəl hovuzu, hobbi bağçası, böyük kinoteatrı var. Villada cütlüyün uşaqlarının vaxt keçirəcəkləri oyun meydançası mövcuddur. 

Evinin görüntülərini "İnstagram" hesabında paylaşan Vanda "İstanbuldakı evim" sözlərini yazıb.