Video
Video

"BET Awards" - Ən yaxşılar seçildi

"BET Awards" - Ən yaxşılar seçildi

Los-Ancelesdə "BET Awards" mükafatlandırma mərasimi keçirilib.

OLAY yazır ki, müğənnilər Beyons və SZA hər biri üç heykəlciklə gecənin ən çox mükafat alan sənətçiləri olublar. Tədbirdə reper Drake isə iki mükafata layiq görülüb. 

Beyons  "İlin albomu" ("Renessans") nominasiyasının qalibi olub. SZA "SOS" albom mükafatını qazandı və ən yaxşı R'n'B və pop sənətçisi seçilib. O, həmçinin "Kill Bill" klipinə görə "İlin videosu" mükafatını alıb. 

Beyons isə "Break My Soul" sinqlına görə daha iki mükafata layiq görülüb. 

Kendrick Lamar "Ən Yaxşı Kişi Hip Hop Artisti", Kris Braun və Aşer "R&B/Pop Artistlər"i seçiliblər. Latto isə Nicki Minaj, Kardi B, Ice Spice, GloRilla, Megan Thee Stallion və Coi Lerayı geridə qoyaraq  "Ən yaxşı qadın hip hop ifaçısı" adını qazanıb. 

Latto və Koko Cons "Yeni ən yaxşı ifaçı", Burna Boy isə "Ən yaxşı xarici ifaçı" kimi gecədə mükafat alıblar.