Video
Video

“Zəngəzur yallısı”nda qazilər səhnəyə çıxdı

“Zəngəzur yallısı”nda qazilər səhnəyə çıxdı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun ilk solo konserti bir sıra maraqlı məqamlarla yadda qalıb. 

OLAY yazır ki, musiqiçini dinləyənlər sırasında İkinci Qarabağ müharibəsi qaziləri çoxluq təşkil edib. 

Ən yaddaqalan an isə konsertin sonunda “Zəngəzur yallısı” ifa olunan zaman bütün qazilərin səhnəyə çıxması olub. 

Klarnetdə müşayiət edən H. Məhəmmədoğlunu xanəndə Pərviz Qasımov muğam ifası ilə daha da coşdurub. 

Qeyd edək ki, “Zəngəzur yallısı”nın bəstəkarı Xalq artisti Brilliant Dadaşovanın atası Süleyman Dadaşovdur.