“M” teatrda ötən gün üçün planlaşdırılan “İnstinkt” tamaşası baş tutmayıb.
OLAY yazır ki, buna teatrda yaranan texniki problem səbəb olub. Bu barədə tamaşada baş rolu canlandıran Oksana Rəsulova məlumat verib:
“Teatrda yaranan işıq probleminə görə tamaşa olmayacaq”.
Qeyd edək ki, Xalq artisti Vidadi Həsənovun səhnələşdirdiyi tamaşanın hekayəsi kənddən şəhərə oxumağa gəlmiş sadəlövh bir qızdan bəhs edir.
Belə ki, o, öz tələbə yoldaşına – “əcaib görünüşlü” fotoqrafa vurulur. Həmin “cool boy” onun ağlını başından alır, ləyaqətini alçaldır, bəkarətini pozur, gələcəyini məhv edir... O qız uzun ayrılıqdan sonra, artıq təcrübəli bir qadın kimi, yenidən “İnstinkt” adlanan fotostudiyaya qayıdır.
Tamaşada fotoqraf obrazını aktyor Ziya Ağa canlandırır.