Video
Video

Sevgilisindən ayrılan kimi başqası ilə öpüşdü

Sevgilisindən ayrılan kimi başqası ilə öpüşdü

Dünyaca məşhur “Måneskin” qrupunun vokalisti Damiano Davidin sarışın xanımla öpüşərkən görüntüləri ortaya çıxıb.

OLAY yazır ki, həmin video qısa müddətdə TikTok platformasında yayılmağa başlayıb. Bundan sonra ifaçının model Corciya Soleriyə xəyanəti ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.

Damiano mətbuata açıqlama verərək görüntülərə görə üzr istəyib: “Bu videonun çıxmasına çox təəssüflənirəm, vəziyyəti idarə etmək istədiyim kimi olmadı və bu, mənim səhvim idi”.

Musiqiçinin sözlərinə görə, o, Soleri ilə bir neçə gün əvvəl ayrılıb və onların münasibətlərində “heç bir xəyanət olmayıb” söhbəti olmayıb.

O, baş verənlərin keçmiş sevgilinin imicinə mənfi təsir etməyəcəyinə ümid edir.