Video
Video

“15 yaşlı qızlara icazə verməliyik ki, istəklərinin arxasınca getsinlər”

“15 yaşlı qızlara icazə verməliyik ki, istəklərinin arxasınca getsinlər”

“Gələcək nəsilləri bəyəndiyimiz formada görmək istəyiriksə, 15-16, 20 yaşlı qızlara icazə verməliyik ki, öz istəklərinin arxasınca getsinlər”. 

OLAY yazır ki, bu fikirləri “Söz.az”ın “Söz-söhbət” layihəsində reper Orxan Zeynallı (AİD) səsləndirib.  Sənətçi treklərində nə üçün qadın hüquqlarını daha çox müdafiə etməsininin səbəbindən danışıb:

“Qızlara icazə verməliyik ki, sevgi, təhsil nədir bilsinlər. Bu həyata başqa cür baxmağı bacarsınlar. Çünki oğlanlara verilən azadlıq bizi toplum olaraq heç yerə gətirib çıxarmayıb. Yoxlamaq lazımdır ki, görək, qızlara azadlıq versək, necə olar. Mən cəmiyyətin yox, öz dərdimi çəkirəm. Sadəcə bu cəmiyyətin bir parçasıyam deyə ona təsir göstərir”.